ovni muradov

Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Globalinfo.az modern.az-a istinadən işdən çıxarılan sabiq icra başçsıının qısa tərcümeyi-halını təqdim edir:

Ovni Mehbalı oğlu Muradov 5 avqust 1983-cü ildə Babək rayon Nehrəm kəndində anadan olub.

2004-cü ildə Naxçıvan Dövlət Unversitetinin tarix ixtisasını bitirib.

2002-ci ildə əmək fəaliyyətinə Babək rayon Nehrəm kənd 2 nömrəli tam orta məktəbinə müəllim vəzifəsinə təyin olunaraq başlayıb.

2014-cü ildə Babək rayon Nehrəm kənd 2 saylı tam orta məktəbində direktor vəzifəsində çalışıb.

2016-2018-ci illərdə Babək rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib.

2018-ci ildə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini vəzifəsində çalışıb.

2023-cü il sentyabr ayının 12-dən  2023-cü il oktyabr aynın 16-nadək  Naxçıvan Muxtar Respublikası təhsil nazirinin vəzifələrini müvəqqəti icra etmək ona həvalə edilib.

2024-cü ilin aprel ayında Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.

Paylaş: