Bir neçə gün əvvəl Çinin Çjuxaye aviasalonunda Səudiyyə Ərəbistanı ilə Pekin arasında silah müqaviləsi imzalanıb.
Globalinfo.az xəbər verir ki, bu məlumatı İsrail mətbuatı yayıb.
Məlumata görə, silah müqaviləsi dörd milyard dollar təşkil edib. Müqavilə çərçivəsində Ər-Riyadın 300 ədəd CH4 PUA-sı, YJ-21e gəmi əleyhinə hipersionik raketlər, Silent Hunter dron ələ keçirən lazer sistemləri alacağı bildirilib.
Mətbuat Səudiyyə Ərəbistanın ABŞ-dən silah asılılığını azaltmaq üçün Çini tədarükçü kimi seçdiyini qeyd edib. Bununla belə, Pekinin indiki dönəmdə Səudiyyə Ərəbistanına silah göndərməyə izn verməsinin onun İranla Krallıq arasında yaşanan konfliktdə hansı mövqe seçdiyini göstərdiyi vurğulanıb.
İlkin
Globalinfo.az