Əli Laricani ilə birlikdə onun oğlu Murtaza Laricani və onun mühafizə xidmətinin rəhbəri də həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
***01:04
“İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Ləricani şəhid edilib”.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb.
***
İsrailin müdafiə naziri Katz Əli Laricaninin öldürüldüyünü bildirib.
Globalinfo.az xəbər verir ki, İsrail KİV onun olduğu binaya zərbə endirildiyini yazır.
Hələ ki İrandan sözügedən iddiaya reaksiya gəlməyib.
***12:42
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin aviazərbə nəticəsində yaralanması və ya ölməsi dəqiq bilinmir.
Globalinfo.az APA-ya istinadən bildirir ki, bu barədə “The Times of Israel” İsrail rəsmilərinə istinadən məlumat yayıb.
İsrail Müdafiə Qüvvələrində (IDF) mənbələrin verdiyi məlumata görə, İranda Fələstin İslami Cihadı lideri Əkrəm əl-Acuri və terror qruplaşmasının digər yüksək vəzifəli şəxsləri hədəf alınıb.
İsrail Müdafiə Qüvvələri Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bir növ bu məlumatları təsdiqləyib.
Laricaniyə qarşı həyata keçirilən aviazərbəyə işarə edən generalın sözlərinə görə, İsrail Müdafiə Qüvvələri İranda çoxsaylı hədəflərə qarşı qətiyyətlə hərəkət etməyə davam edir.
O vurğulayıb ki, gecə ərzində İsrail Müdafiə Qüvvələrinin nəticələrinə və missiyalarına təsir göstərə biləcək “əhəmiyyətli nailiyyətlər” qeydə alınıb.
***12:15
İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricanı gecə saatlarında Tehranda İsrail Hərbi Hava Qüvvələrinin hücumuna məruz qalan hədəflər arasında olub.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Əli Laricaninin hücumdan salamat çıxıb-çıxmadığı dəqiqləşdirilməyib, əməliyyatın nəticələrinin araşdırıldığı bildirilib.
Məlumatda qeyd edilib ki, o, İran sistemində Ali rəhbər Müctəba Xameneidən sonra ən nüfuzlu ikinci şəxsdir. Son günlərdə Laricaninin proseslərdən bir qədər kənarda qaldığı və onunla İranın ali rəhbərliyi arasında konflikt və fikir ayrılıqlarının olduğu vurğulanıb.