“Tehran əmindir ki, Zəngəzur dəhlizi adlanan layihə reallaşa bilməz”.
Globalinfo.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.
Sübhani İranın Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayıb:
“Bəzilərinin Ermənistanla, o cümlədən, dəhlizlə bağlı arzuları gerçəkləşməyəcək. Tehran İrəvanın suverenliyini dəstəklədiyini bir daha diqqətə çatdırır. Bu ölkənin ərazi bütövlüyü İran üçün “qırmızı xət”dir.
Tehran üçüncü ölkələrin nümayəndələrinin Zəngəzurda kommunikasiyalara nəzarət etməsinin əleyhinədir”.
Ayşən Mustafa
Globalinfo.az