Narinin ölümündə son dəqiqə: hadisə şahidi ad çəkdi – “Meyiti mənə o verdi”

Türkiyənin Diyarbəkir şəhərində itkin düşdükdən 19 gün sonra cəsədi tapılan 8 yaşlı Narin Güranın qətli işində şübhəli bilinən bir nəfər saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sabah” qəzetinin müxbiri Halit Turan məlumat yayıb.

O bildirib ki, hadisə şahidi və iştirakçısı bunları deyib:

“Muxtar (Narinin əmisi – red.) cəsədi adyala bükülmüş şəkildə mənə verdi. Bunun qarşılığında 200 min lirə təklif etdi. Cəsədi birlikdə torbaya qoyduq, onda gördüm ki, boğazında qızartılar var. Sonra aparıb dərədə 10-15 kiloqramlı daşların altında gizlətdik”.

Qeyd edək ki, Türkiyənin Diyarbəkir şəhərində 19 gün sonra meyiti tapılan 8 yaşlı Narin Güranın istintaqı ilə bağlı aralarında ailə üzvləri və qohumlarının da olduğu 23 nəfər saxlanılıb. Şübhəlilərin dindirilməsi davam edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələni nəzarətə götürüb.

Əliyar Xəlil
Globalinfo.az