İrandan İsrailə xəbərdarlıq: Hələ bunları görməmisiniz!

7 pic4 zoom 1500x1500 18106

İran ən yeni silahlarından hələ İsrailə zərbələr endirməyib”.

Globalinfo.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin siyasi və ideoloji idarəsinin rəisi Əli Səidi deyib.

“Mütərəqqi raketlər və texnologiyalar hələ döyüş meydanında tətbiq edilməyib. İstifadə olunan raketlərin əksəriyyəti köhnə nəslə aiddir”, – o bildirib.

Mətbuatda yayılan məlumatlara görə, İsrailə hücum etmək üçün “Emad”, “Ghadr” və “Xeybar Shekan” orta mənzilli ballistik raketlərdən istifadə edilib.

Onlar İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemini də keçə biliblər.

Əliyar Xəlil
Globalinfo.az