ABŞ-ın bir çox şəhərləri 2100-cü ilə qədər “xəyal şəhərlərinə” çevrilə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Nature Cities” jurnalında dərc olunan araşdırmada bildirilib.
Çikaqo Universitetinin tədqiqatçılarının sözlərinə görə, ABŞ-ın 30 minə yaxın şəhərinin demək olar ki, yarısı əhalinin azalması ilə üzləşəcək. Şimal-şərq və Orta Qərbdəki böyük şəhərlər artıq yavaş-yavaş əhalisini itirir.
Tədqiqatçılar cənub və qərb bölgələrindəki şəhərlərdə əhalinin artımının müşahidə olunduğunu desələr də, Alabama, Corciya və Tennessi ştatlarının bəzi böyük şəhərlərinin tədricən boşaldığını açıqlayıblar.
Araşdırmaya görə, Klivlend, Buffalo və Pitsburqda 2100-cü ilə qədər əhali sayı 12-23 faizə qədər azala bilər. Tədqiqat əhalinin qocalmasını, iqtisadiyyatdakı dəyişiklikləri, əmək haqqı və nəqliyyat imkanlarını potensial səbəb kimi göstərir.
Məlumatda bildirilir ki, Şimal-Şərq və Orta Qərbdə əhalisi azalan şəhərlərin sayı cənub və qərbdəkindən daha çox olacaq. Hərçənd Kaliforniyada cənub sahili əhalisini itirə, şimal sahili isə əksinə çoxalda bilər.
Əliyar Xəlil,