İran Hörmüz boğazından keçən gəmilər üçün rüsum tətbiq edərək təsdiqlənmiş daşıyıcılar üçün “təhlükəsiz keçid” yaradıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Lloyd’s List” mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, bir operator öz tankerinin tranziti üçün təxminən 2 milyon dollar ödəyib.
“Bu sxem çərçivəsində boğazdan artıq ən azı doqquz gəmi keçib. Lakin onlardan neçəsinin ödəniş etdiyi məlum deyil. Bəzi hallarda diplomatik müdaxilənin yeganə həll yolu olduğu bildirilir. Bundan əlavə, İrana qarşı sanksiyalar nəzərə alınmaqla, ödəniş mexanizmi hələ də qeyri-müəyyən olaraq qalır.
Bəzi məlumatlara görə, “təhlükəsiz dəhliz”in marşrutu İranın ərazi sularından Larak adası yaxınlığından keçir və burada İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və liman rəhbərliyi gəmilərin vizual identifikasiyasını həyata keçirir. Dəhlizə giriş yalnız Tehranla razılaşdırıldıqdan sonra icazə verilir”, – deyə qeyd olunub.
Əliyar Xəlil
Globalinfo.az