İrandan Bakı və İrəvana çağırış

Azərbaycan və Ermənistanı yaranan fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırırıq.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İslam Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Azərbaycan-Ermənistan sərhədindəki insidentlə bağlı bildirib.

“İxtilafların sülh yolu ilə həllinə çağırır və hesab edirik ki, regionda davamlı sülhə yalnız dialoq və diplomatiya yolu ilə nail olmaq olar”, – deyə Kənani qeyd edib.

O, həmçinin iki dövlət arasında sülh sazişinin bağlanmasının sürətləndirilməsini zəruriliyini ifadə edib.

Qeyd edək ki, 12 fevralda Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq, əsgərimizi yaralayan erməni terrorçulara qarşı Dövlət Sərhəd Xidməti bu gün qisas əməliyyatı keçirib. Nəticədə 4 erməni əsgər məhv edilib, yaralılar var.