Dünən İranda qətlə yetirilən HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə üçün Tehranda cənazə mərasimi keçirilir.
Globalinfo.az bildirir ki, HƏMAS lideri üçün cənazə namazını İranın Ali Rəhbəri Seyid Əli Xamenei qıldıracaq.
Mərasimdən sonra Haniyənin cənazəsi Dohada dəfn edilmək üçün Qətərə göndəriləcək.