İran İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı Möhsün Rəzaei ABŞ Prezidenti Donald Trampın Tehrana ünvanladığı xəbərdarlığa cavab verib.
Globalinfo.az-ın xəbərinə görə, Rəzaei bildirib ki, İslam Respublikasına qarşı istənilən “düşmən hərəkəti” İsrailin və ABŞ-ın regiondakı bazalarının məhv edilməsi ilə nəticələnəcək.
Qeyd edək ki, Marvdaştda davam edən etirazlar fonunda nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.
İran mediasının məlumatına görə, təhlükəsizlik qüvvələri etirazçılara müxtəlif binaların damlarından atəş açıblar. Hadisələr nəticəsində, ilkin məlumatlara əsasən, azı 15 nəfərin həlak olduğu bildirilir.
Əliyar Xəlil