iran israile qarshi ilk defe nesrullah raket sistemini tetbiq etdi 900x600 1

İran Xarici İşlər Nazirliyi ABŞ-la artan gərginlik fonunda Böyük Britaniya, Bolqarıstan və Ukraynadan mümkün hərbi əməliyyatlarla bağlı təminat aldıqlarını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bunu nazirliyin sözçüsü İsmail Bəqai dövlət televiziyasına bildirib. O qeyd edib ki, son 24 saat ərzində adıçəkilən ölkələrlə telefon danışıqları aparılıb.

Bəqainin sözlərinə görə, danışıqlar zamanı həmin dövlətlər İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyi planlaşdırmadıqlarını bildiriblər.

Bəqai qeyd edib ki, əldə olunan bu mesajlar İran üçün mühüm əhəmiyyət daşıyır və hazırkı gərgin vəziyyətdə diplomatik təmaslar davam etdirilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: