İran silahları bu ölkəyə Xəzər dənizi üzərindən çatdırır

“İrandan Rusiyaya uçuşlar müntəzəm xarakter alıb, silahların dəniz yolu ilə çatdırılması mümkündür”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat deyib.

“Ümumi girişdə siz Tehrandan Moskvaya təyyarələrin hərəkətini izləyə bilərsiniz. Gördüyünüz kimi, nəqliyyat həm də Xəzər dənizindədir. Mahaçqala, Həştərxan – həm də İrandan yükü bu limanlar qəbul edir. Bu iki ölkəni Xəzər dənizi birləşdirir və ola bilsin ki, İran istehsalı olan bu qətl üçün silahlar da dəniz yolu ilə çatdırılır. Ona görə də Tehranla əməkdaşlıq davam edir”,- İqnat deyib.

Zaira Akifqızı
Globalinfo.az