İran prezidenti Türkiyəyə səfər edəcək

İran Prezidenti İbrahim Rəisinin yaxın günlərdə Türkiyəyə səfəri gözlənilir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Tehranda səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Cənab Rəisinin Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclası ilə əlaqədar Türkiyəyə səfərini gözləyirik. Rəisi prezidentimizlə görüşəcək”, – H.Fidan bildirib.