İran niyə Zəngəzur dəhlizinə qarşıdır? – VİDEO

Ötən ay Türkiyədə keçirilən seçkilərdəki möhtəşəm qələbəsindən sonra Rəcəb Tayyib Ərdoğan özünün ilk dövlət səfərlərindən birini, təbii olaraq, qardaş Azərbaycana edib.

Səfər çərçivəsində iyunun 13-də Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarında müzakirə olunan məsələlər sırasında Zəngəzur dəhlizi mövzusunun önəmli yer tutduğunu vurğuladılar.

Türkiyəyə qayıdarkən jurnalistin Zəngəzur dəhlizi ilə bağlı sualını cavablandıran Ərdoğan daha açıq danışıb və dəhlizin reallaşması yolunda başlıca maneəni nişan verib.

O, dəhlizlə bağlı problemin Ermənistanla yox, İranla bağlı olduğunu bildirərək deyib:

“Bu məsələdə İranın belə bir davranış nümayiş etdirməsi həm Azərbaycanı, həm də bizi üzür. Əslində onları da üzməlidir. Arzu edirəm ki, qısa zamanda bu problemi həll edək. Buna müsbət yanaşsalar, bu gün həm quru yolu, həm də dəmir yolu ilə Türkiyə-Azərbaycan-İran bir-biri ilə bütövləşər və bəlkə də “Pekin-London xətti” da açılmış olar”.

Bəli, nə qədər paradoksal görünsə də, Zəngəzur dəhlizinin reallaşmasına onun bilavasitə ərazisindən keçəcəyi Ermənistan deyil, dəhlizi özünün mili təhlükəsizliyi və maraqlarına təhlükə kimi görən qonşu İran maneçilik törədir.

Bunu Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanın Türkiyə prezidentinin açıqlamasına reaksiyası da təsdiq edir. İran tərəfinin reaksiyası isə rəsmi “İran” qəzetinin Zəngəzur dəhlizini “geosiyasi avantüra” kimi təqdim edən yetərincə aqressiv məzmunlu məqaləsində ifadə olunub.

Globalinfo.az “Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edir: