isr 2

 İran raketləri sonuncu hücum zamanı bir neçə istiqamətdə İsrailin hava hücumundan müdafiə sistemlərindən yayına bilib.

Globalinfo.az  xəbər verir ki, bu barədə nüfuzlu “Voll Strit Jurnal” nəşri məlumat yayıb.

Nəşr yazır ki, Tehran əvvəlki hücumdan fərqli olaraq indi hücum üçün yalnız ballistik raketlərdən istifadə edib, Onların uçuş sürəti qanadlı raketlərdən daha yüksəkdir.

İranın  İsrailə ümumilikdə 180 raket atdığı bildirilir. Bunlardan 32-si İsrailin Nevatim Hərbi Hava Qüvvələri bazasını vurub, ən azı bir sursat isə İsrailin MOSSAD kəşfiyyat xidmətinin Təl-Əvivdəki qərargahının bir neçə yüz metrliyinə düşüb:

Məlumata görə, İsrailin istifadə etdiyi raketlər İran raketlərindən qat-qat baha və sayca azdır.

Nəşr bildirir ki, İranın bəzi raketlərinin hədəfə çatmasına baxmayaraq, Tehran İsrailin müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə sarsıda bilməyib.

Paylaş: