WhatsApp Image 2025 06 01 at 15.43.27

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı “daha böyük və daha dağıdıcı” raket hücumunun başladığını bəyan edib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı SEPAH məlumat yayıb.

***08:45

İsrail Ordusu İran tərəfindən ölkə ərazisinə yönəldilmiş növbəti raket hücumunu qeydə alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı İsrail Ordusunun Mətbuat xidməti yayıb.

Raketin buraxılmasından sonra İsrailin şimal bölgələrində hava həyəcan siqnalları işə düşüb.

Bildirilir ki, İrandan atılan raketlər hava məkanında aşkar edilib və təhlükənin qarşısını almaq məqsədilə Hərbi Hava Qüvvələri tərəfindən məhv edilib. Eyni zamanda, cavab olaraq bölgəyə zərbələr endirilib.

Ordu rəsmiləri raket təhlükəsinin baş verdiyi anlarda şimalda yerləşən bir neçə yaşayış məntəqəsində sirenlərin səsləndiyini təsdiqləyiblər.

Paylaş: