İrəvanda separatçılara dəstək aksiyasında biabırçılıq – FOTO

Ermənistan paytaxtında növbəti aksiya təşkil olunub.

Globalinfo.az xəbər verir ki, aksiyanın təşkilatçısı erməni bloqer Mikael Badalyan olub. Pafoslu çıxışları ilə tanınan “Azadlıq” ictimai hərəkatının “lideri” separatçılara dəstək aksiyasına istədiyi diqqəti və dəstəyi ala bilməyib.

Ətrafında cəmi 20-25 nəfər toplaya bilən bloqer bununla belə sosial şəbəkə hesablarında çoxminlik aksiya təşkil etmiş kimi qürrələnərək gülünc duruma düşüb:

“İnamla məqsədə doğru irəliləyirik”.

Zaira Akifqızı
Globalinfo.az