İran hücumla bağlı Rusiyanı məlumatlandırdı

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Sergey Lavrovla telefon danışığında rusiyalı həmkarını İsrailə hücumla bağlı məlumatlandırıb. 

Globalinfo.az xəbər verir ki, tərəflər  yeni təxribatçı addımların Yaxın Şərqdəki gərginliyin artmasına səbəb ola biləcəyini qeyd edib.

“Bölgədəki vəziyyət və yeni təhlükəli addımlar Yaxın Şərqdəki gərginliyin artmasına səbəb ola bilər. Bu kimi ssenarilərin qarşısının alınması və səbəblərinin araşdırılması xüsusi prioritet təşkil etməlidir”.

Söhbət zamanı tərəflər Qəzza zolağında dərhal atəşkəsin əldə edilməsinin, humanitar problemlərin həll olunmasının və BMT-nin iki dövlətli həll prinsipinin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Əliyar Xəlil
Globalinfo.az