İran İsrailə ballistik raket atdı – VİDEO

İran İsrailə ballistik raketlər atıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İRNA agentliyi öz mənbələrə istinadən məlumat yayıb.

***00:16

İran hazırda İsrailə onlarla PUA ilə hücum edir, əsas əməliyyat isə səhər saatlarında başlayacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə hərbi mənbələr yazır, müxtəlif ehtimallar irəli sürürlər.

Əksər hərbi ekspertlərin fikrincə, İran PUA-larla İsrail Hava Hücumundan Müdafiə sistemlərini tükətməyi planlaşdırır. Bildirir ki, məhz bundan sonra İran əsas qüvvəsi olan raketləri işə salıb, İsrail ərazisindəki hədəflərə dəhşətli zərbələr endirəcək.

Hələ ki ballistik raketlərdən istifadə ilə bağlı məlumat yoxdur.

“Fars” xəbər agentliyi İranın yaxın saatlarda İsrailə raket zərbələri endirəcəyini yazıb.

“Al-Arabiya” telekanalı isə İranın artıq İsrailə qanadlı raketlər atdığını bildirib.

Əliyar Xəlil
Globalinfo.az