
“İran İsraili atəşkəsə razı salmaq üçün ABŞ-la əlaqə saxlayıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “The Jerusalem Post” qəzeti yazıb.
“İran Oman və Qətərdən İsrailin davam edən zərbələrini dayandırmaq və nüvə danışıqlarını bərpa etmək üçün Vaşinqtonla danışıqlarda vasitəçilik etməyi xahiş edib. Bundan əlavə, Səudiyyə Ərəbistanı da danışıqların bərpasına yönəlmiş atəşkəs razılaşmasına nail olmaq üçün pərdəarxasında çalışır”, – deyə bildirilib.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərini hədəfə alan əməliyyata başlayıb.
Əliyar Xəlil
Globalinfo.az