iran parlament

İran parlamenti Ali Təhlükəsizlik Şurasına İsrailə qarşı fəaliyyətlə bağlı öz təkliflərini təqdim edəcək.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Mehr” agentliyi yayıb.

İran parlamentinin bununla bağlı qapalı iclas keçirdiyi bildirilib.

Təhlükəsizlik Şurasının deputatların İsrailə qarşı qisas planlarını dəyərləndirəcəyi və addımlar atacağı bildirilib.

Qeyd edək ki, Həsən Nəsrullahın öldürülməsindən sonra İran ordusu tam döyüş hazırlığına gətirilib. Yerli mətbuat Xameneinin təhlükəsizliyi üçün tədbirlərin artırıldığını bildirib. Həmçinin ölkənin kiberməkanında da 48 saatlıq kritik vəziyyət elan edilib.

Paylaş: