Tramp iran rat 900x506 1

İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, Prezident Donald Trampın ictimai təhdidlərini yumşaltmasını istəyib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) qəzeti məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, vasitəçi ölkələrin rəsmiləri ABŞ-ın İranın nüvə proqramı ilə bağlı müəyyən çeviklik nümayiş etdirdiyini qeyd ediblər:

“Tehran hesab edir ki, mülayim ritorika ölkədəki sərt xətt tərəfdarlarını danışıqlarda iştirak etməyə həvəsləndirə bilər”.

Həmçinin Vaşinqtonun təklif etdiyi 20 illik moratorium planının ikinci onilliyinin sonunda İrana bəzi zənginləşdirmə fəaliyyətlərinə məhdud şəkildə icazə verilməsi ehtimalı gündəmə gəlib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: