Zelenski onları “qara siyahı”ya saldı

Ukrayna Rusiya ilə yanaşı digər ölkələrdən olan fiziki və hüquqi şəxslərə qarşı sanksiya tətbiq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sərəncam imzalayıb.

Sərəncama əsasən, Rusiya və digər ölkələrdən olan 185 fiziki şəxsə, həmçinin 181 hüquqi şəxsə qarşı Ukrayna hakimiyyəti tərəfindən beş və ya on il müddətinə sanksiya tətbiq edilib.

Qeyd edilib ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDM) 7 dekabr 2023-cü il tarixli, şəxsi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqi və dəyişdirilməsini nəzərdə tutan qərarı qüvvəyə minib.