İntihara cəhd edən kişi özünü yandırıbmış – VİDEO

Xəbər verdiyimiz kimi, Xırdalanda bir nəfər intihara cəhd edib.

Globalinfo.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi həmin intihara cəhd hadisəsinin videosunu yayıb.

Görüntülərdə Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxan şəxsin ayaq nahiyəsini yandırdığı görünür.

FHN-dən bildirilib ki, aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşındırılıb.