Qərargah rəisi intihar etdi – FOTO

meyit s

Bu gün səhər saatlarında Ağdaş rayonunda intihar hadisəsi baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasında Mülki müdafiə qərargahının rəisi 1987-ci il təvəllüdlü Anar Kərimzadə özünü asaraq intihar edib.

Onun meyiti yaşadığı evin həyətində aşkar edilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

anar kerimzade 1