İnterpolun axtardığı türk İstanbulda – Haqqında qərar veriləcək

Albaniya Ədliyyə Nazirliyi tərəfindən Türkiyəyə ekstradisiya edilən “Thodex” kriptovalyuta birjasının qurucusu Faruk Fatih Özerin barəsində həbs qərarı verilməsi üçün hakim qarşısına çıxarılacaq.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, interpol tərəfindən qırmızı bülletenlə axtarılan Thodex-in qurucusu Faruk Fatih Özer 30 avqust 2022-ci ildə qaçdığı Albaniyada tutulub.

Albaniyanın məhkəmə orqanları Özerin Türkiyəyə ekstradisiyası ilə bağlı qərarı təsdiqləyib. Özer aprelin 20-də İstanbula gətirilib.

“Təşkilat qurmaq və idarə etmək”, “cinayətdən irəli gələn əmlakı leqallaşdırmaq” və “xüsusi dələduzluq”da ittiham olunan Özer barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə göndərilib.