
ABŞ və İran nümayəndələri arasında mümkün sülh razılaşmasının müzakirəsi üçün virtual görüşün keçirilməsi nəzərdə tutulur.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Bildirilib ki, videokonfrans formatında baş tutacaq görüşdə ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens və İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf iştirak edə bilər:
“Danışıqlarda beynəlxalq vasitəçilərin də təmsil olunacağı gözlənilir. Tərəflər mümkün sülh sazişinin mətninin virtual formatda imzalanması variantını nəzərdən keçirirlər”
Müzakirələr çərçivəsində Hörmüz boğazı üzərindən gəmiçiliyin tam bərpası və regionda gərginliyin azaldılması məsələlərinin də gündəmdə olduğu bildirilir.
Safura Bənnayeva
Globalinfo.az