İnklüziv təhsil belə təşkil ediləcək – Yeni qayda

İnklüziv təhsilin təşkili qaydası təsdiqlənib.

Globalinfo.az bildirir ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar verib.

Qaydaya əsasən, müəssisədə psixoloji-pedaqoji və tibbi göstərişlərə (əks göstərişlərə) uyğun təhsil almaq üçün lazımi xüsusi şərait olduğu halda, həmin müəssisədə sağlamlıq imkanları məhdud uşaqların sağlam şagirdlərlə eyni sinifdə təhsilə cəlb edilməsi məqsədilə inklüziv təhsil sinifləri yaradılır. Sağlamlıq imkanları məhdud uşaqlar inklüziv təhsil sinfi təşkil olunan müəssisəyə psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən, aşağıdakı şərtlər nəzərə alınmaqla qəbul olunurlar:

– sağlamlıq imkanları məhdud uşağın sadə özünəxidmət bacarığının olması (sanitar qovşağından istifadə, əlini yuma, qida qəbulu və s.);

– sağlamlıq imkanları məhdud uşaqda emosional-iradi sahədə və davranışında nəzərəçarpan pozuntuların olmaması;

– müəssisənin pedaqoji heyətinin sağlamlıq imkanları məhdud uşaqla təlim-tərbiyə işinin təşkili üçün səriştələrinin (kompetensiyalarının) olması;

– sağlamlıq imkanları məhdud uşağın müəssisənin yaxınlığında yaşaması;

– müəssisənin infrastrukturunun sağlamlıq imkanları məhdud uşaq üçün müyəssər olması.