061051c4 beb5 322b 80a4 e4cb55c37094 1200

İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə rayonun Qaralar kəndi ərazisində qeydə alınıb.

Belə ki, Mürşüd Babaşov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə piyada Kamilə Qurbanovanı vurub. Avtomobil daha sonra işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində yaralanan piyada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: