İmamoğlunun əsas rəqibi o olacaq

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilər üçün İstanbul Böyükşəhər Bələdiyyə rəhbəri vəzifəsinə namizədinin kimliyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, həmin şəxs ölkənin sabiq ətraf mühit və iqlim naziri Murat Kurumdur.

O, İstanbulun bələdiyyə sədri postu uğrunda İstanbul Böyükşəhər Bələdiyyəsinin hazırkı rəhbəri Əkrəm İmamoğlu ilə yarışacaq.

Qeyd edək ki, Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər martın 31-i keçiriləcək.

imamoglunun-esas-reqibi