HX6jdOGXMAAvP4A

İsrail Çempionlar Liqasının oyunu zamanı Fələstinə dəstək məzmunlu banerlərin yer almasına görə “Qalatasaray” klubundan UEFA-ya şikayət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Noyabrın 24-də “Qalatasaray”  İngiltərənin “Aston Villa” klubunu qəbul edib və oyunu 1:0 hesablı qələbə ilə başa vurub. 

Qarşılaşma başlamazdan əvvəl stadionun tribunalarında Fələstinə dəstək ifadə edən bannerlər nümayiş etdirilib. Bannerlərdə “Qəzzanı unutmayın, soyqırımı barədə susmayın”, “Qəzza, sən bəşəriyyətin ləyaqəti, şərəfi və qürurusan” və “Azad Fələstin” şüarları yer alıb.

“İsrailin Fələstin xalqına dəstək ifadə edən bannerlərə görə klubumuzdan UEFA-ya şikayət etdiyini öyrəndik. Fələstin xalqının çəkdiyi əzablar barədə susmayacağıq. Bu, insanlığın və vicdanın təzahürüdür”, – deyə “Qalatasaray” klubunun prezidenti Dursun Özbek bildirib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: