İllər sonra doğma kəndini görən Məlahət Abbasova ağladı – VİDEO

Əməkdar incəsənət xadimi Məlahət Abbasova illər sonra doğma Cəbrayıl rayonunun Daşkəsən kəndinə gedib.

Globalinfo.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, bu barədə o, instaqramda bildirib.

Abbasova sevincini belə dilə gətirib: “Sənə şükürlər olsun, Allahım. 30 il işğal altında qalan anamın vətəni – Cəbrayıl rayonu, Daşkəsən kəndi. Bakı-Zəngilan dəmir yolu… Oturduğum yer anamgilin dağılmış evinin qapısıdır”.

Aktrisa Daşkəsəni uşaqlıq xəyalları, arzularının kəndi adlandırıb: “Nağıl dünyamın yıxılmış, dağılmış, viran qalmış bir kəndi ilə qarşılaşdım. Yenə də bu günümüzə şükür. 30 il işğal altında qalan torpaqlarımıza qovuşduq. Ən böyük arzum idi Cəbrayılı görmək. Mənə bu gözəl günü yaşadan, anamla birlikdə bizi doğma Cəbrayıla qovuşduranlara təşəkkür edirəm”.