İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraka dəvət olunub. Prezident İlham Əliyev tərəfindən İraq liderinə ünvanlanmış dəvət məktubunu Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov bu ölkənin Prezidentinə təqdim edib.
Səfirlikdən Globalinfo.az-a bildiriblər ki, İraq Prezidenti dəvət məktubunu məmnuniyyətlə qəbul edib və COP-29 kimi qlobal xarakterli tədbirə dəvət aldığı üçün Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.
Görüş zamanı Azərbaycan ilə İraq arasındakı əlaqələrin perspektivləri barəsində geniş fikir mübadiləsi aparılıb
Today I had the honor to convey personally the letter of invitation from the President of #Azerbaijan Ilham Aliyev to the President of #Iraq Abdullatif Jamal Rashid for #COP29 in #Baku this November. @AzerbaijanMFA @Iraqimofa @COP29_AZ pic.twitter.com/izEWYPcTbc
— Nasir Mammadov (@nasir_mammadov) April 24, 2024