MM-də boşanmalarla bağlı dinləmə keçirilsin – Təklif

Boşanmaların sayının artması ilə əlaqədar Milli Məclisdə ictimai dinləmə keçirilməsi təklif olunub.

Globalinfo.az xəbər verir ki, bu təkliflə millət vəkili Sədaqət Vəliyeva Milli Məclisin Ailə, qadın və uşaq məslələri komitəsinin iclasında çıxış edib.

O bildirib ki, ötən illərlə müqayisədə ölkədə boşanmaların sayının artması narahatlıq doğurur.

Millət vəkili Rauf Əliyev isə təhsil məsələləri ilə bağlı ictimai dinləmə keçirilməsini təklif edib. O bildirib ki, bu gün birinci sinifdə yüklənmiş proqramlar məsələsi var:

“Bununla bağlı mətbuatda müəyyən müddət danışıldı, lakin nazirlik heç bir reaksiya vermədi. Bəzi ölkələrdə ev tapşırığı yoxdur, bəzi ölkələrdə isə uşaqlar sinifdən-sinfə oyunlarla keçirlər. Lakin bizdə uşaqlar həddən artıq yüklənir. Təklif edirəm ki, bu məsələ ilə əlaqədar bir dinləmə keçirilsin, həm nazirlik nümayəndələri, həm də mütəxəssislərin iştirakı ilə müzakirələr aparılsın”.