İlham Əliyev portuqaliyalı həmkarını COP29-a dəvət etdi

Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Marselo Rebelo de Sousanı noyabrda Bakıda keçiriləcək COP29-a dəvət edib.

Globalinfo.az bildirir ki, tədbirə dəvəti Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov Marselo Rebelo de Sousa ilə görüşdə çatdırıb.

Qeyd edək ki, İ.Muxtarov Portuqaliya prezidentinə etimadnaməsini təqdim edib.