İlahiyyatçı Cavanşir Məmmədovun vəsiyyəti ilə bağlı görün nə dedi

Bu gün səhər saatlarda dünyasını dəyişən Əməkdar artist Cavanşir Məmmədovun 2 ay əvvəl açıqladığı vəsiyyəti yenidən gündəmə gəlib.

Belə ki, ifaçı verilişlərin birində kostyumda dəfn edilməsini vəsiyyət etdiyini açıqlayıb. Hətta o, atasının da vəsiyyətə uyğun olaraq geyimdə dəfn edildiyini bildirib.

Dinimiz buna nə deyir?

Mövzunu Globalinfo.az-a şərh edən ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, bir insan vəfatından öncə hər hansı vəsiyyət edə, malk-mülkünün kimə qalmasını deyə, geyimdə dəfn olunmasını istəyə bilər.

Onun sözlərinə görə, əgər o insanın şəxsi istəkləri ölçülərə uyğun gəlirsə, məqbul sayılır, uğun gəlmirsə, həmin istək və tələb yerinə yetirilmir:
“Açığı, öz paltarında dəfn olunan yalnız şəhidlərdir ki, onlar geyimlərində Allahın hüzuruna göndərilə bilərlər. Onlardan başqa peyğəmbərlərin belə, bütün digər müsəlmanlar kimi dünyəvi paltarları əyinlərindən çıxarılıb, kəfənli və cibsiz halda namazla, qüsulla bir yerdə axirətə göndərilirlər. İslamın qaydası budur”.

İlahiyyatçı paltarda dəfn edilmənin qadağan olunmasının izahını belə verib:

“Paltar bu dünyaya aidddir. Bir insan dünyasını dəyişən zaman artıq dünyaya bağlı olan geyimlərə, əşyalara son qoyulur. Orada kostyum, qalstuk, ayaqqabının rəngi, zinyət əşyaları və s. hamısı bədən üçün yükdür. Onların heç birinin adama xeyiri yoxdur, əksinə, ziyanı var. Geyimlə dəfn olunmaq o deməkdir ki, “ey Allahım, sən belə istəmisən, amma mən sənin dediyin kimi istəmirəm, öz istəyimlə gəlməyə üstünlük verirəm”. Bu baxımdan da bilərəkdən belə etmək doğru deyil. Ona görə də dinimiz bunu caiz görməyib”.

Zaira Akifqızı
Globalinfo.az