İlahi, mənə niyə qulaq verdin, Əliyev dedi axı… – Erməni bloger

“Əgər mən aqressiv, saqqallı Ararat Mirzoyanı yalançı, qeyri-adekvat adlandırsam, yəqin ki, məni ermənilərə qarşı qərəzli münasibətdə ittiham edəcəklər”.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni aktivist, bloger İşvan Verdyan bildirib.

“Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalının efirində hər kəsin eşitməsi üçün açıq şəkildə bildirdi ki, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur.

Ararat Mirzoyan isə deyir ki, onlar hələlik Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıması barədə ictimai bəyanatlar eşitməyiblər.

İlahi, sən mənə niyə qulaq verdin?! Mənə bu axmağın sayıqlamağını eşitməməyə kömək ol!”, – bloger deyib.

Tamerlan Yayaqan
Globalinfo.az