esnQDD0L3GezbaAem4MyBQDriJ5Vfm3xODJ2xkjR 1200

Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi mesajlar təkcə Azərbaycanın postmüharibə mərhələsinə deyil, bütövlükdə Cənubi Qafqazın yeni siyasi düzəninə verilən strateji qiymət kimi diqqət çəkir.

Prezidentin xüsusilə 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatlarından sonra bölgədə separatizmin tam şəkildə sıradan çıxarıldığını vurğulaması, əslində, iki əsrə yaxın davam edən təhlükəli geosiyasi xəttin bağlandığına dair ən açıq siyasi bəyanatlardan biri hesab olunur. Dövlət başçısının mesajında əsas məqam ondan ibarətdir ki, artıq Cənubi Qafqazda xarici müdaxilələr, etnik qarşıdurmalar və separatçı layihələr üzərində qurulan köhnə ssenarilər iflasa uğrayıb və region tamamilə yeni mərhələyə daxil olub.

Globalinfo.az-a danışan analitik Elnur Ənvəroğlu deyib ki, Prezidentin Zəngilandakı çıxışı yalnız uzaq və yaxın keçmişin yekunu deyil, həm də Azərbaycanın gələcək regional nizam barədə siyasi manifesti kimi qiymətləndirilməlidir:

Dövlət başçısının səsləndirdiyi mesajlar Cənubi Qafqazın yeni geosiyasi arxitekturasına dair konseptual baxış kimi dəyərləndirilməlidir. Burada xüsusilə 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatlarından sonra Qafqazda 200 illik separatizmin tam aradan qalxması reallığı regionun tarixi və siyasi transformasiyası kontekstində mühüm ideoloji xəttə çevrilib. Məlumdur ki, XIX əsrdən başlayaraq imperiyalararası rəqabət fonunda Qafqazda etnik və separatçı layihələr regional siyasətin əsas alətlərindən biri olub. Çar Rusiyası dövründən Sovet mərhələsinə, daha sonra isə postsovet münaqişələrinə qədər separatizm bölgədə təsir mexanizmi kimi daim istifadə edilib. Abxaziya, Cənubi Osetiya və  Qarabağ münaqişələri kimi məsələlər də məhz bu tarixi xəttin davamı hesab olunurdu.

2023-cü ildən sonra Bakının dünyaya çatdırmaq istədiyi mesaj budur ki, Qarabağdakı separatçı strukturun ləğvi ilə regionda ilk dəfə olaraq dövlət suverenliyi prinsipi tam şəkildə dominant modelə çevrilib. Bu, Azərbaycanın öz baxışında yalnız hərbi qələbə deyil, həm də postsovet məkanında “dondurulmuş münaqişə modeli”nin dağıdılması kimi təsvir edilə bilər”.

elnur enveroglu
Elnur Ənvəroğlu

Analitik bildirib ki, burada Zəngilanın seçilməsi simvolik məna daşıyır:

Zəngilan artıq təkcə azad edilmiş rayon deyil, yeni regional düzənin ən prezentabelli guşələrindən biridir. Cənab Prezidentin çıxışında diqqət çəkən əsas məqam ondan ibarət idi ki, Bakı artıq müdafiə olunan tərəf deyil, regional gündəmi formalaşdıran aktor kimi çıxış edir. “Biz sülhün müəllifiyik” mesajı da, məhz bu siyasi psixologiyanın ifadəsidir.

Düzdür, bəzən Qafqaz haqqında müxtəlif fikirlər də eşidirik. Məsələn, separatizmin tam bitməsi barədə məsələyə ehtiyatla yanaşan beynəlxalq ekspertlər də var. Çünki onlara görə, Qafqaz tarixən böyük güclərin rəqabət zonası olaraq qalır və fərz edirlər ki, etnik-siyasi məsələlər tamamilə yox olmur, sadəcə fərqli formalara keçir. Buna baxmayaraq, reallıq ondan ibarətdir ki, 2020 və xüsusilə 2023-cü ildən sonra regionda qüvvələr balansı köklü şəkildə dəyişdi. Mən deyərdim ki, Bakı ilk dəfə olaraq proseslərin strateji təşəbbüskarına çevrilib. Bu gün Ermənistanla sülh prosesinin ən aparıcı tərəfi məhz Azərbaycandır.

Zəngilan həm də Azərbaycan üçün geostrateji məkan hesab olunur. Çünki rayon iki rəqib ölkəİran və Ermənistanla həmsərhəddir. Bu rayon tarixən həm də ticarət mərkəzlərindən biri olub. Minjivan dəmir yolu məhz bu rayonun mərkəzindən keçib. Zəngəzur dəhlizinin başlanğıc nöqtəsi də məhz burada yerləşir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: