Husilərin silah anbarı vuruldu

e15f1e91 27f9 307b a84f 92f311116d16 850

ABŞ-ın Hərbi Hava Qüvvələri “Ənsar Allah” hərəkatının husi üsyançılarının nəzarəti altında olan Yəmənin paytaxtı Səna şəhərinə silsilə zərbələr endirib.

Gobalinfo.az xəbər verir ki, bu barədə üsyançılara məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə, Sənanın qərbində yaşayış binasının bombalaması nəticəsində ölən və yaralananlar var. Onların dəqiq sayı barədə məlumat verilmir.

Paytaxtda husilərin silah anbarlarının da atəşə tutulduğu bildirilib.