Hulusi Akardan F-16 mesajı

“Müzakirələrdə ABŞ Müdafiə Nazirliyi ilə müsbət nöqtəyə gəlmişik. Ağ Ev tərəfindən dəstəkləndiyini bilirik. Konqresin sağlam düşüncə ilə qərar verəcəyini gözləyirik”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ-dən “F-16” alımı ilə bağlı məsələni şərh edərkən bildirib.

“Bu mövzuda çarəsiz olmadığımızı, əlimizdə seçimlər olduğunu hamının bilməsini istəyirik”, – nazir əlavə edib.