Hotel yanğınının məhkəməsində ŞOK tələb: hər ölən üçün 25 il

1 2

Bolu Cumhuriyyət Baş Prokurorluğu “Grand Kartal” hotelində baş verən və 78 nəfərin ölümünə səbəb olan yanğınla bağlı 13 nəfərə qarşı hər biri üçün 1998 ilə qədər, 19 nəfərə qarşı isə 22 il 6 ayadək həbs tələbi ilə cinayət işi qaldırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

İttiham aktına görə, 21 yanvar tarixində “Grand Kartal” hotelində baş vermiş faciə nəticəsində 78 nəfər həyatını itirib, 133 nəfər isə xəsarət alıb. Hazırlanan sənəddə hotelin sahibləri, şirkət rəhbərləri Halit Ergül, Emine Murtezaoğlu Ergül, Ceyda Hacıbekiroğlu, Elif Aras, Emir Aras, Zeki Yılmaz, Ahmet Demir, Kadir Özdemir, Cemal Özer, Mehmet Salun ilə yanaşı Bolu Bələdiyyə sədrinin müavini Sedat Gülener, Yanğınsöndürmə idarəsinin müvəqqəti müdiri Kenan Coşkun və yanğınsöndürən İrfan Acar “mümkün qəsdlə adam öldürmə və qəsdən yaralama” maddələri üzrə məsul tutulurlar.

Onların hər birinə 78 dəfə “mümkün qəsdlə adam öldürmə” və “mümkün qəsdlə yaralama” ittihamları üzrə cəmi 1998 ilə qədər həbs cəzası verilməsi tələb olunur.

Bundan əlavə, hotelin texniki heyəti, mətbəx işçiləri, əmək təhlükəsizliyi üzrə mütəxəssislər, qeydiyyat işçisi, LPG sistemlərinin texniki işçiləri, Bolu Bölgə Xüsusi İdarəsinin baş katibi, onun müavini də daxil olmaqla onlarla insanın “şüurlu səhlənkarlıqla bir neçə nəfərin ölümünə və xəsarət almasına səbəb olmaq” maddəsi ilə 22 il 6 ayadək həbslə cəzalandırılması istənilib.

İddianamə artıq Bolu Ağır Cəza Məhkəməsinə təqdim olunub.

Aysel Əliyeva
Globalinfo.az