“Hizbullah İsraillə münaqişəni genişləndirmək niyyətində deyil”.

Globalinfo.az xəbər verir ki, bunu hərəkatın rəhbərinin müavini Şeyx Naim Kassem “Əl-Cəzirə”yə müsahibədə deyib.

“Livanın Hizbullah hərəkatı İsraillə münaqişəni genişləndirmək niyyətində deyil. Lakin hərəkata qarşı olan istənilən qüvvə ilə mübarizə aparmağa hazırdır. Yəni bizə qarşı müharibə başlasa, döyüşəcəyik”, – Kassem bildirib.

Xatırladaq ki, Hizbullah və İsrail səkkiz aydır ki, Qəzzada müharibə aparır. Eyni zamanda tərəflər sərhəd zolağı boyunca bir-birini atəşə tutur. Bütün bunlar isə iki düşmən arasında daha geniş münaqişənin başlayacağı ehtimalını artırır.

İsrail və Hizbullah arasındakı döyüşlər 2006-cı ildə bəri ən gərgin həddə çatıb. Bu səbəbdən də sərhədin hər iki tərəfində on minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: