ABŞ kəşfiyyatı Nasist Almaniyasının lideri Adolf Hitlerin ölümü təsdiqləndikdən sonra belə onun axtarışı üçün on il ərzində xüsusi əməliyyat keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Post” Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi sənədlərinə istinadən yazıb.
“Onlar Hitlerin Cənubi Amerikaya sığınıb, başqa adla yaşamasından şübhələnirdi. 1945-ci il tarixli məxfi sənədlərdən biri göstərir ki, ABŞ kəşfiyyatı Hitlerin sağ olması və argentinalı zabitin mehmanxanasında gizləndiyi barədə məlumat alıb. Belə şübhələrin yaranmasına səbəb həmin otelin sahibinin nasist ideologiyasına bir qədər rəğbət bəsləməsi olub.
1955-ci ilin oktyabrına aid olan başqa bir sənəddə Hitlerin Kolumbiyaya, oradan isə 1955-ci ilin yanvarında Argentinaya köçdüyünə əminlik ifadə edilib. Belə ki, keçmiş SS üzvü Filip Kitre bildirib ki, Hitler adını dəyişərək “Adolf Streitelmeier” kimi gizlənib”- nəşrdə qeyd olunub.
Günay Rəsulqızı
Globalinfo.az