
Hindistan 32 hava limanının fəaliyyətini dayandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of India” nəşri Hindistanın Mülki Aviasiya Baş İdarəsinə istinadla məlumat yayıb.
Bildirilib ki, ölkə daxilində 32 hava limanının fəaliyyəti 15 may tarixinədək dayandırılıb. Qərarın səbəbi açıqlanmasa da, bu addımın təhlükəsizlik və infrastrukturla bağlı müvəqqəti tədbirlər çərçivəsində atıldığı ehtimal olunur.
Aysel Əliyeva
Globalinfo.az