Hindistanda güclü partlayış – Ölənlər var

Yanvarın 1-də Hindistanın Maharaştra ştatının Nasik rayonunda kimyəvi zavodda baş vermiş partlayış nəticəsində azı 2 nəfər ölüb, 17 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Press Trust of India” məlumat yayıb.

Qeyd olunub ki, zavodda hələ bilinməyən səbəbdən kimyəvi maddələri qarışdıran qazan partlayıb. Partlayış o qədər güclü olub ki, yaxınlıqdakı kəndlərdə eşidilib. Yanğın və tüstü uzaqdan görünür.

Hazırda fabrikdən 19 nəfər xilas edilib, onlardan 17-si yerli klinikaya yerləşdirilib, yaralılardan dördünün vəziyyəti ağırdır.