“ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə mübahisəsi ölkə administrasiyası üçün əhəmiyyətli uğur oldu”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə CNN televiziyası çıxış edib.
Qeyd olunub ki, Tramp bununla ilk növbədə ABŞ-ı düşündüyünü nümayiş etdirib.
“Zelenskinin bundan sonra Trampla müzakirələri çətin olacaq”, – CNN bildirib.
Xatırladaq ki, Ağ Evdə liderlər arasında baş tutan görüşdən sonra Vaşinqton Zelenskidən üzr tələb edir. Ukrayna lideri isə bununla razılaşmır.
Əliyar Xəlil
Globalinfo.az