hin

Hindistanda festivalda baş vermiş izdihamda ölənlərin sayı artıb.

Globalinfo.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Hindistan polisi bildirib ki, ölkənin şimalındakı Prayaqrac şəhərində hind festivalı olan Kumbh Melada səhər baş verən izdiham nəticəsində 30 nəfər ölüb, 90 nəfər yaralanıb.

***09:33

Hindistanın Prayaqrac şəhərində Kumbha-Mela dini festivalında faciə baş verib. Belə ki, basabas nəticəsində ən azı 15 nəfər həlak olub, xeyli adam xəsarət alıb. Yaralılardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, basabas zamanı bir neçə qadın boğulub.

Bu, Uttar-Pradeş ştatında son günlərdə baş verən ikinci hadisədir. Yanvarın 28-də dini bayram zamanı müvəqqəti bambuk səhnənin çökməsi nəticəsində altı nəfər həlak olub, 50 nəfər xəsarət alıb. Platforma yüzlərlə dindarın ağırlığına tab gətirməyərək çöküb, bu isə panika və basabasa səbəb olub.

9LGcj0i8Vb4J6h9IbvZIL5vmH33y4fCJdfgKKzwY:640jitZY6wk7A1vpfI8kyiM0HC7ScFh6MG7dO4Jhuz3:640rMRJobXooHXKITn3HsjILvMFnVeprhNKHSXJWDn3:6404YScYbkIeTXXFcwii4bBiEvWUSeAIeCg8F1K2WL3:640

Paylaş: