Hindistan Ermənistana silah göndərəcək

6820f5bb2260c6820f5bb2260d17469905236820f5bb2260a6820f5bb2260b

Hindistan iyulda Ermənistana “Akaş” hava hücumundan müdafiə raket sistemlərinin 2-ci partiyasını göndərəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “New Indian Express” xəbər yayıb.

Məlumata görə, 2022-ci ildə Ermənistan Hindistanla təxminən 60 milyard rupi (710 milyon dollar) dəyərində 15 “Akaş” raket kompleksinin alınmasına dair müqavilə imzalayıb.

Sözügedən ZRK döyüş təyyarələri, qanadlı raketlər, hava-yer raketləri, pilotsuz uçuş aparatları və digər hava hədəflərini 25 kilometrə qədər məsafədə məhv etmək qabiliyyətinə malikdir. Ermənistan bu silah sistemlərinin ilk xarici alıcısıdır.

Ermənistan həmin raket sistemini alan ilk xarici ölkə olub.