Hikmət Hacıyev Şuşadan yeni görüntülər paylaşdı – VİDEO

1670519301 1639244474 1639244380 1639220919 1636176508 1635230837 untitled 1

Şuşada iyulun 20-22-də II Qlobal Media Forumu keçiriləcək. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, üç beynəlxalq təşkilat və 82 media qurumunun qatılacağı forumda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı nəzərdə tutulur.

Globalinfo.az bildirir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu gün Şuşadan yeni görüntülər paylaşıb.

“Şuşanın keçmiş məcburi köçkün azərbaycanlılar üçün yeni salınmış yaşayış massivində sakit və xoşbəxt şənbə səhəri. Uşaqlar oynayır, qocalar nərd oynamağa diqqət yetirir, mühəndislər tikinti işlərini davam etdirirlər. Quşlar cingildəyir, arabir yüngül yağış yağır. Əsl sakinlər 30 illik həsrətdən sonra öz evlərinə qayıtdıqca təbiət də sevinir”, – deyə H.Hacıyev paylaşımında qeyd edib.